Tramp Kim Çen Inı “psix”” adlandırdı”


Tramp Kim Çen Inı "psix" adlandırdı
Amerika prezidenti Donald Tramp Şimali Koreya liderini dəli adlandırıb və onun görünməmiş çətinliklərlə üzləşəcəyini bildirib.

“Şimali Koreyanın Kim Çen Inı görünür ki, dəlidir, çünki xalqını məhv etməyə və aclıqdan öldürməyə sakit yanaşır. Ona heç zaman qarşılaşmadığı sınaqdan keçmək lazımdır””-deyə Amerika prezidenti twitter-dəki səhifəsində yazıb.

Bundan əvvəl KXDR və ABŞ liderləri bir-birini təhdid etmişdilər. Çərşənbə axşamı BTM Baş Assambleyasında çıxış edən Donald Tramp Şımalı Koreya Amerika və onun müttəfiqləri üçün təhlükəli olarsa, onu bütünlükdə məhv edəcəyini bəyan edtmişdi. Şimali Koreya lideri Kim Çen In cavabında ABŞ-a münasibətdə tarixdə ən ciddi əks ölçü götürəcəyini deyib. Trampın BMT-dəki bəyanatını isə “”dəlilik”” adlandırıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir