Türkiyədə Rusiyaya məxsus yanğınsömdürən təyyarə qəzaya uğrayıb


Təyyarənin bortunda olan beş nəfər rus hərbiçisi və üç nəfər türk həlak olub.

Türkiyədə meşə yanğınlarını söndürmək üçün yardıma gedən Rusiyaya nəxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin bortunda olan beş rus hərbi qulluqçusunun  həlak olduğu bildirilir.

Türkiyənin şənub-şərqindəki yanğınları söndürən  Ruisyaya məxsus Be-200  amfibiya-təyyarəsinin dağa çırpıldığı haqqnda xəbər verilib. Təyyardə beş rus hərbi qulluqçusu və üç nəfər türk nümayəndə olub. Qəza eniş zamanı baş verib,  sağ qalanın olmadığı deyilir.

Hadisə barədə Türkiyənin Anadolu agentliyi və NTV  telekanalı məlumat verib. Təyyarənin qəzaya uğradığını göstərən kadrlar  sosial  şəbəkədə yayımlanıb.  

Rusiya Müdafiə nazirliyi təyyarənin qəzaya  uğraması xəbərini təsdiqləyib. Məlumatı görə hadisə Adana rayonunda baş  verib. TASS-in xəbərinə görə   Müdafiə nazirliyi hadisə yetinə  komissiya göndərib.

Bununla  bərabər Türkiyə höküməti  bildirib ki, qəzanın baş verdiyi yerə axtarış- xilasetmə işləri aparmaq üçün vertalyot yönləndirilib.  

 Xatırladaq ki, iyulun sonunda Rusiya Türkiyəyə yanğınlaır söndürmək  üçün üç Be-200  yanğınsöndürən təyyarəsi yollamışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir