XOCALI FACİƏSİNİN RƏNGİ : AG-QARA


XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
ULDUZLU, AYLI AGAPPAQ QIŞ GECƏSİNİN QANI QARAYA BOYANAN TABLODAN BOYLANAN O ŞƏHƏRDƏ DÜNYANIN RƏNGARƏNGLİYİ POZULDU. GERİYƏ SADƏCƏ İKİ RƏNG QALDI. HÖRMÜZÜN ƏHRİMƏNƏ MƏĞLUB EDİLDİYİ ŞƏRİN RƏNGİ!

Boyamayın, bu şəhəri. Sadəcə o məğlub gecədən qalib çıxan əliyalın-ayaqyalın, məzlum duruşlu, məlul baxışlı, vəhşiliyin təpəsindən dərəyə yuvarlandırılan, odda yandırılıb, oz qanında batırılanlara baxın. Mən də baxıram! “Qandonduran”, “Bir anlıq dunya durdu” deyilən-qiyamətin qopduğu YERDƏYİK! Xocası-qocası, Tanrısı ilə bəndəsi arasında bənd olan müqəddəs insanın adını daşıyan şəhər, oba, elin qiyaməti yaşandığı YERDƏYİK! O yerdən tərpənməmişik hələ. Yalnız üstündən illər qarıyla, yağışıyla, boranıyla sovrulub keçib.

O gecənin müharibə nağılını danışan babasının vəhşət doğuran hekayəsini vaqeə sayan, yuxudan oyanacağını düşünən körpələr hələ də üzüqoylu yatır O YERDƏ. Əlindən əsası uzaq düşən baba da, gözü çıxarılan, bətnindən körpəsi alınan ana da, əli ata-anasının, yarının, övladının əlinə yetməyən ərlər də…

Başımız üstünə qaldırdığımız, nəşləri çiynimizdə yük olan qara tabutlar altında əzildiyimiz yerdə, gündə, tarixdə qalmamışıqmı?! Zamanın işi keçməkdir. Biz nələrdən keçmişik və nələri keçirmişik? Durduğumuz yerdən çoxmu uzaqdayıq? Məncə elə qaldıımız YERDƏYİK! Ən acınacaqlısı-YERDƏYİK!

Ona görə, nə sözü rəngləyin, nə tablonu. O faciənin rəngi ağ-qaradır! Və bizim də o işgəncə qarşısında dik duranlar qarşısında üzümüz qaradır!

Sadəcə baxaq və sonra da aynada üzümüzə baxaq. Hələ üzümüz varsa….

Tünzalə Vəliqızı
Moskva
26.02.2019

XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA
XOCALI FACİƏSİNİN  RƏNGİ : AG-QARA


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir