“DAŞ YUXULAR”


“DAŞ YUXULAR”
Uzun müddət sükutu ilə redaksiyamızı intizarda qoyan şair Sidqi son günlər ictimaiyyəti sarsıdan və çaşqınlıq içərisində qoyan hadisələrə “fentezi” ruhlu elegiya ilə münasibət bildirdi. “Yeni səs”ə ünvanladığı məktubda şair fiziki qüsurlulara rişxəndin böyük günah olduğuna diqqət yetirərək elegiyanın bir müalicə yükü daşımasını təmənni etdiyini xüsusi vurğulayır.

“DAŞ YUXULAR”

Əylisdə olurdu mənə
Əvəzsiz sirdaş yuxular.
Bakının bulvarlarında
Eylərdi göz-qaş yuxular.
Qələm aldım mən əlimə
Yox oldu faraş yuxular.
İlham atım şahə qalxdı
Oldu mənə faş yuxular.

Şöhrət gəldi, sərvət gəldi,
Gicəlləndi baş, yuxular.
Qazanın ki, yanındaydım,
Vardı bozbaş, xaş, yuxular.
Naxçıvan da, Yerevan da
Oldular qardaş, yuxular.
Ulu Öndər etdi məni
“İstiqlal”a tuş, yuxular.

Baş yazarlar dostum idi,
Siyasəti demə hələ.
Bir yeyərdik, bir içərdik,
Yüksək qələm əhli ilə
Mənsiz keçə bilməz idi
Bir dərnək, bir məclis belə.
Axtarmazdım harda aş var,
Orda məndim baş, yuxular.

Nə işdisə düşdüm birdən
Görünməmiş bir cəncələ.
Vəzifəli həmkarlarım
Saldı məni dildən-dilə.
Güya vəzifə umuram
Uydurdular min bir hiylə.
Əldən getdi rahatlıgım
Başladı savaş, yuxular.

Dönüklüyə inanmadım
Dedim geri çagırarlar.
Hirslənsəm də usanmadım
Bilirəm ki, orda nə var.
Bağ, pul, maşın görünəni,
Görünməyən imtiyazlar.
Təslim etdi, əldən saldı,
Murgülü yavaş yuxular.

Qarabağa qarışmadım,
O barədə düşünən var.
Xocalıyla alışmadım,
Bilinmir ki, təqsirkarlar.
Çox da ki, xalq yazıçısı
Bizə yol göstərənmi var?
Elə mənə həmdəm olur
Gözümdəki yaş, yuxular.

Çox gözlədim, eyham etdim,
-Gəlməyə hazıram, dedim.
-Mənnən isbatdı dolanın,
Mən yaman yazıram, dedim.
-Qəzəbimdən mən dişimlə
Məzar da qazıram, dedim.
Səsimə səs vermədilər,
Qoşmadılar baş, yuxular.

Onda döndüm keçmişimə
Varaqladım xatirəmi.
Axı, mütləq olmalıdı
Bir şey ki, qatam aləmi.
Yol tapıb çıxarmalıyam
Mən bu Əylisdən şələmi.
Gəldi gözümün önünə
Bir sürü nimdaş yuxular.

Uşaq vaxtı nənəm məni
Haykanuşa tapşırardı
Bir tərəfə gedən zaman.
Onun əri Qarapetdi,
Bir də zırpı dostu vardı
Əylisdəndi, adı Zaman.
Mən bapbalaca bir səbi
Tərgitməmişdim o vaxt
Əmziyi sevirdim yaman.

Haykanuşun Qarapeti
Səhər qalxıb işə gedər,
O gedən təki Zaman da
Tez gələrdi səhər-səhər.
Məni saya salmazdılar
At kimi kişnəşərdilər.
Zalım idi yaman Zaman,
Tez-tez də küsüşərdilər.

Zaman ona əl vuranda
Mən aralığa girərdim
Zaman uzaq dursun deyə
Haykanuşa sarılardım.
Yekə, dolu məmələrə
Söykənərək hey sorardım.
Guya onu qoruyardım.
Bax beləcə uyuyardım.

Az keçmədən oyadardı
Məni işrət çığlıqları.
Heç sevməzdim Zamanı mən
Söz verərdim ki böyüyüb
Haykanuşu qoruyacam.
Anlamırdım amma nədən
Haykanuş cuşa gələrdi.
Onu Zaman incidərdi,
Oysa Qarapeti söyərdi.
O vaxtdan çıxmır yadımdan
Şəhvətli, əyyaş yuxular.

Zaman da Qarapet kimi
Bu evdə yatıb-durardı
Arabir Qarapet ona
Güya məhkəmə qurardı.
Öz haqqını arayardı,
Ağzı köpük fışqırardı.
Həngaməyə tez-tələsik
Haykanuş yekun vurardı.
Qarapet payını alıb
Yenə işə yollanardı.
Oyanardım, çəkilərdi
Gözümdən oğraş yuxular.

Yaşlaşdım, unudammadım
Zamanın işgəncəsini
Haykanuşun sevincdənmi,
Qəzəbdən qalxan səsini
Dedim tutub bu yazarlar
O yüksəklik zirvəsini
Anlamırlar Qarapetin
Boğdurulan naləsini
Unutmağa haqqım yoxdur
Haykanuşun məməsini.

Unutsam başıma yağar
Qalaq-qalaq daş, yuxular.
Yazmalıyam həqiqəti.
Yazmalıyam “Daş yuxular”.
Məni qınayan olmasın
Pozulubdu baş, yuxular.
İslam bağışlasın məni
Gəlməsin fərraş, yuxular.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir