Lavrov CNN-i kütləvi dezinformasiya vasitəsi adlandırdı


Lavrov CNN-i kütləvi dezinformasiya vasitəsi adlandırdı
RF XİN başçısı Sergey Lavrov CNN-i kütləvi dezinformasiya vasitəsi adlandırıb. O, bəyan edib ki, CNN öz etibarını zədələyir. Xarici işlər naziri telekanalın Qətər ətrafında baş verən çəkişmədə rus hakerlərinin iştirakı olması xəbərinə bu şəkildə münasibət bildirib.

Onun sözlərinə görə, CNN və bir neçə kütləvi informasiya vasitələrı bu adı şərəflə daşımırlar. Onlar daha çox kütləvi dezinformasiya vasitəsidirlər.

Ancaq belə bir qalmaqallı hadisə axtarırlar. O dəqiqə heç bir dəlil-sübut olmadan bu epizodu RF ilə bağlı istər rus hakerlər, istər kimsə olsun, rusları günahlandırma kateqoriyasına aid edərək avtоmatik hücuma keçirlər.

Amerika telekanalı CNN ABŞ kəşfiyyatından olan qaynağına istinadən məhz rus hakerlərin Qətərin dövlət informasiya agentliyi sisteminə girişi olduğunu qeyd edib. Onlar güya ki, saxta xəbəri ora yerləşdiriblər.

Xatırladaq ki, prezidentin mətbuat katibi Dmitri Peskov Qətər əmiri Tamim Ben Xamad Al Taninin RF başçısı Vladimir Putinlə baş tutan telefon danışığında haker mövzusuna toxunulmadığını qeyd edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir