Mıtişidən olan atıcı sabiq vəkil Elman Paşayevdən kömək istəyib


Bunu hüquqşünas özü etiraf edib. Paşayev hətta bir neçə məsələ ilə bağlı ona məsləhət belə verib.

Aktyor Mixail Yefremovun işindən sonra vəkillik statusundan məhrum edilən Elman Paşayev  mıtişili atıcının (Vladimir Bardanov) ötən il ona hüquqi kömək üçün müraciət etdiyini söyləyib.

“Ötən il hüquqi  kömək  üçün mənə müraciət etdi.  Dedi ki, kimlərsə  sifariş veriblər. İstənilən vaxtı onu saxalmaq təhlükəsi gözlənilir.  Polislər məni hansısa köhnə cinayət işinə görə yenidən  məsuliyyətə cəlb edə bilər ”-deyə Paşayev bildirib.

Paşayevin sözlərinə görə, Bardanov həbs olunacağından, işinin, mal-mülkünün əlindən alınacağından və  heç vaxt azadlığa çıxa bilməyəcəyindən qorxurdu. Sabiq vəkil atıcıya məsləhət verdiyini də açıqlayıb, lakin  Vladimir Bardanov  hər şeyi öz bildiyi yolla etdi. Hadisə baş verən gün Paşayev Bardanovun evinin yanında görünüb. Ola bilsin ki,  eyni ərazidə yaşayır.

Xatırladaq ki, martın 30-da, səhər saat 10 radələrində Moskvanın yaxınlığındakı  elit Veşki qəsəbəsində atışma səsləri duyulmuşdu.  Axtarış üçün evinə gələn polisləri   61 yaşlı kişi atəşlə qarşılamışdı. Polisə müqavimət  10 saat yaxın davam etmişdi. Günün sonunda  ələ keçməmək üçün evini yandıran mıtişili atıcı  nəticədə ölmüşdü.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir