ŞƏHİD ANASI ORADA NƏ GƏZİR?!


ŞƏHİD ANASI ORADA NƏ GƏZİR?!
Başqa vaxta saxlayacaqdım. Mehmet Tanrısevərin 109, 119 mükafat alan iki: “Kuşalara bak, kuşlara” və “Hür köle” filmləri haqqında düşüncələrimi. Baxmayan varsa baxsın!

Və indi yazacağım da bu filmlərə ressenziya deyil. Kinoşünas, sənətşünas olmasam da… Bu istiqamətdə olan boşluq göz qabağındadır. Sadəcə rejissoru, ssenaristi, sponsoru özü olan M. Tanrısevər bu iki filmində mümkün variantları və onun nəticələrini önə çıxarıb. Və təbii ki “ Allah nə edərsə gözəl edər” xətti də filmin leytmotivini təşkil edir.

Rus dilində sözü yumşaq və bir az kobud söyləmək üçün iki işarə var. Rusdillilər bilir-əslində bizim aramızda “öz dilində danışmağı ar bilən” məntiqinə köklənən çoxları da bilməmiş deyil –deyə düşünürəm. Məişət səviyyəsində bilənləri çlxmaq şərti ilə… Elə Azərbaycan dilini də məişət səviyyəsində bilən –onun ədəbi nümunələrini bizə arxiv qoyub gedən- arxiv olanları da o qədər anlayırlar. Mövzunu bu xəttə davam etdirməyəcəm.

“Tvyerdıy” və “myaqkiy” znak- deyilən işarələrin işlənmə yerini bilib bilməmək əsas deyil-əsas olan sözün hansı tonda deyilməsidir. Ruslarda sözlər də cinsinə görə diferensasiya olunur (təbəqələşir, ayrılır, bölünür). Ötən gün “təhtəlşüur”” sözünun anlamını bilməyib onu bir az savadlı görünmək üçün yazanlar timsallı olmayım.

Nə isə.

Sözün cinsə görə ayrılması da məncə dil mədəniyyətidir. Bizim dilimizin qrammatikasında bu ayrılma olmasa da, cinsimizə görə -(cinsin bir anlamı da -əsl, öz olandır) qadın- kişiliyimizdən asılı olaraq işlədilən söz, ifadələr var. Ümumiyə aid olanı da orta cinsə aid edirik. Diskriminasiya deyil ha. Sadəcə təsbit. Kişiyə zərif deyilməz, qadına zorba. İlk ağlıma gələn bu oldu. Çox daha belə sözlər var.

Və bir də…

Rusların tanınmış jurnalisti Parfyonov söyüşü də hissin dili sayır. Cəsarət, üsyan- bir sözlə əsəbin, nifrətin, barışmazlığın, ədalətsizliyə qarşı dözməzliyin son külminasiyası-özündən çıxırsan və söyürsən!

Özündən çıxma. Özün olmamadırmı bu, yoxsa…?

“Qəzəb gələndə göz qızarar, qəzəb gedəndə üz”-Həzrəti Əliyə məxsusdur bu ifadə.

Kobud danışmaq, dilin rəndələnməməsi də məncə təhsil görüb- görməməklə deyil, heç daxili və ya ailə tərbiyəsi də sayılmaz (çünki bir evdən nadan da çıxar, insan da-T.V.) sadəcə… Düzü indi düşünürəm ki, bunu necə ifadə edim…

Mən “yaxşı eləmişəm” ifadəsindən qorxmuşam. Anam “yaxşı eləmişəm”- ifadəsini saymamazlıq, asilikdən ötə tərbiyəsizlik sayıb. Yəni bütün ali normaları-(mənəvi) aşaram deməkdir. Kamal Tahirin “Dövlət Ana” əsərində müharibəyə gedən kişilərin qadınlarına sədaqət kəməri (ayağına qandal) vurulardı və ərləri müharibədən dönəndən sonra açılardı -kimi bir fikir var. Bunu niyə işlətdim… Yeri gəldi deyəsən.

Və… Bu qədər fikri uzatmağımın səbəbi indi “necə deyim”-ə görədir.

Ziyalı-sözü, ifadəni mədəni anlamda işlədəndir. Çünki örnəkdir, nümunədir. Boynumuza biçilən sözdür. Bizə yaraşan geyimdir. Personaj deyil o, personajlara yön verəndir!

“Nə atdır…lar”… “Dövlətə oğul verib əvəzini alıb…”

Şəhid adını ucalıqdan endirən-onun ailəsi olsa belə -bu şəhidin şərəfinə xələldir! Şəhidlik rütbəsinə yüksələn övlad böyütmüsənsə… ona imtiyaz verilsin- deyə qapılara getməyəcəksən! Imtiyazlar ayağına gətiriləcək!

Və… Ailəsi qədirini bilməsə… O zaman torpağına, dövlətinin, hökümətinin təhlükəsizliyinə sahib çıxan, onun bir qarışı üçün sinəsini sipər edib qanından keçənin qədrini SƏN-Dövlət, (hökümət- onun icraçısı olanlar)- biləcəksən!

Yaraşdırmadım. Utandım. Niyə dilimzin sərhədləri yoxdur fikriylə bir az daha kasıblaşdım.

Nə deyim. Bəylər, – bu ifadə düz deyil, xanımlar, -bu da düz deyil, yoldaş, qardaş… müraciət forması tapa bilmədiyim, Mənim insanım…

Mən “Kuşlara bak, kuşlara” filminin Abdullahı kimi doğru tərəfdənmi baxsam, ya xilas üçün bir anlıq qurtulmağımı seçsəm (yalan danışsam )deyib… yolayrıcında qaldım. Abdullah etiraf etdi- namus düşməni olduğu dostunu öldürdüyü üçün “”dost qatili”” dedilər. Suçunu inkar edəndə, onun yerinə Ərol “mən öldürdüm”-deyəndə “”namus təmizləyən”” adam kimi başa tac etdilər.

Dünya belə bir yerdir. Onun cinsi, saxtası yanaşmaya görə dəyişir. Hər iki baxış doğrudur, amma…

Niyə deməyəcəksən? Sadəcə içinizdəki pisi öldürün! O zaman ölümsüz olan ölümü qəzəbləndirməyəcəksiniz!

Biz buyuqmu?, Biz kimik?-sualları hələ vitrindən qaldırılmayıb.

Tünzalə Vəliqızı, Moskva
04.06.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir