Yaroslavlda Novruz bayramı təntənə ilə qeyd edilib


Yarsolavl  şəhərində  fəaliyyət göstərən “Yaroslavl Azərbaycan Qadınları”  İctimai təşkilatı “Xəzər” rəqs ansamblı ilə birgə  Novruz Bayramı münasibətilə geniş təbdir keçirib.

Tədbirin iştirakçıları əvvəlcə Azərbyacanın milli- mənəvi ruhu və qədim adət-ənənəsinin  bir parçasını özündə daşıyan  Novruz Bayramının atributları sərgilənən güşə ilə tanış olublar.  

Tədbiri  “Yaroslavl Azərbaycan Qadınları” cəmiyyətinin cədri  Xatirə Qəmbərova  açaraq  gələn qonaqları salamlayıb. O, çıxışında  Novruzun  yaranması  tarixi haqqında qısa məlumat  veridikdən sonra  sözü  Yaroslavl Vilayəti qubernatorunun müşaviri Dmitri Solovyova verib.

Yarsolavl vilayət qubernatorluğunun yetkilisi  Novruz Bayramı münasibtilə  tədbirin təşkilatçıları başqa olmaqla  hər kəsi  təbrik edib. Yaroslavl Vilayəti  İctimai Əlaqələr  Departamentinin məsləhətçisi Viktor Leonidoviç da milli bayramların keçirilməsinin xalqlar arasındakı milli –irsi əlaqələrinin qurulması və tanınmasında böyük rolu olduğunu vurğulayıb. Bu səpkili bayramlaırn  bir xalqın  milli ruhu, adət-ənənəsi ilə tanışlığa vəsilə olduğunu  deyib.

Novruz təbii ki, Kosa və Keçəlsiz,  eləcə də pəhləvanlar yarışması, yumurta döyüşməsi kimi əyləncəli göstərilərsiz də olmaz. Bayram tədbirinin proqramında yer alan bu çıxışlar alqışlarla qarşılanıb.   “Xəzər” ansambılının bir-birindən gözəl  rərsləri  tədbirə daha da rəngarənglik qatıb.

Tədbirin sonunda Xatirə Qəmbərova “Xəzər” rəqs ansamblının rəhbərləri Rəsmiyə Orucovanı və Təbriz Nəsibovu Fəxri Fərmanla təltif edib, onlara uğurlar arzulayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir